Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

Özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib. Sərgidə institutun elm tutumlu məhsulları, nəşrləri və s. nümayiş etdirilib. Bundan başqa ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər.