Xindoqnı üzüm sortundan orta nümunələr götürülərək tərkibindəki şəkərlilik, turşuluq və digər əhəmiyyətli göstəricilərin miqdarı təyin edilib

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün emalı və şərabın texnologiyası şöbəsi"nin əməkdaşları tərəfindən "Ampeloqrafik Kolleksiya bağı"nda yetişdirilən Xindoqnı üzüm sortundan orta nümunələr götürülərək tərkibindəki şəkərlilik, turşuluq və digər əhəmiyyətli göstəricilərin miqdarı təyin edilib.

Məhsul lazımi yetişkənlik dövrünə çatdıqda yığılıb və ondan müxtəlif variantlar üzrə şərab materialları hazırlanmasına başlanılıb.

Aparılan tədqiqatların əsas məqsədi vaxtilə Qarabağda Xindoqnı üzüm sortundan istehsal olunan şərab növlərinin hazırlanma texnologiyasını bərpa etməkdir.