Üzümçülükdə mövsimi aqronomik qaydalara uyğun olaraq tədbirlər həyata keçirilir

Hazırda Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun " Ampeloqrafik kolleksiya bağı" nda üzümçülükdə mövsimi aqronomik qaydalara uyğun olaraq tədbirlər həyata keçirilir. Bununla yanaşı təsərrüfatda üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı seleksiya sortlarının və klon formalarının seçilməsi və çoxaldılması üzrə tədqiqat işlərinin səmərələliyinin artırılması məqsədilə yenidənqurma işləri aparılır. Köhnə üzüm bağlari yenidən bərpa olunur, dirəklər, məftillər yenilənir, şpalerlər formalaşdırılır, yeni beton dirəklər basdırılır və təmir işləri davam etdirilir, o cümlədən milli brendlərin istehsali üçün qiymetli xammal bazası olan texniki üzüm sortlarından ibarət yeni üzüm bağları da salınır.