“Üzümçülük və tingçilik şöbəsinin” əməkdaşlarının Ampeloqrafik Kolleksiya bağında iş proqramı və təqvim planına əsasən tədqiqat işləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun “Üzümçülük və tingçilik şöbəsinin” əməkdaşlarının Ampeloqrafik Kolleksiya bağında iş proqramı və təqvim planına əsasən tədqiqat işləri davam etdirilir. Elmi-tədqiqat işləri “Müasir tələblərə cavab verən istehsalçıların marağına uyğun milli brendlərin istehsalı üçün yerli və introduksiya olunmuş üzüm sortlarının bioloji metodlardan istifadə etməklə (calaqaltı və calaqüstü kombinasiyalarının) sürətli çoxaldılması və tingçiliyinin təşkili (2020-2024)” mövzusunda aparılır. Tinglik sahəsində əkilmiş Ağ kişmiş, Ağ şanı, Qara şanı, Mərəndi, Ağadayı, Xindoqnı, Həməşərə, Moldova, Sentenial sidris,Sultanina, Krımskiy sidris və s. kimi üzüm sortlarından ibarət özköklü tinglərin inkişaf xüsusiyyətləri öyrənilmişdir. Cari ildə institutun təcrübə sahəsində ting materialı əldə etmək məqsədilə adları qeyd olunan 13 sortdan ibarət 12600 ədəd üzüm çubuqları əkilmiş və cərgələrə sortların adlarına uyğun etiketlər vurulmuşdur.

Əməkdaşlar tərəfindən hazırda sort xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif sortlar üzrə tinglərin birillik yaşıl zoğlarının inkişaf dinamikası izlənmiş və kökatma qabiliyyəti yoxlanılmışdır. Bunun üçün müxtəlif metodikalara uyğun olaraq sahənin müxtəlif yerlərindən tinglər çıxarılaraq kökləri sayılmış, zoğlar ölçülmüş və nəticələr qeyd olunmuşdur. Hazırda da bu istiqamətdə olan tədqiqat işləri davam etdirilir.