Üzümçülük və Şərabçılıq ETİ-da seminarlar davam edir

Üzümçülük və Şərabçılıq ETİ-da daxili seminarların keçirilməsi ənənəsi davam etdirilir.

İnstitutun “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri Quliyeva Aynurə Asif qızının “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının vəziyyəti” və “İnteqrir mübarizə texnologiyaları” laboratoriyasının aparıcı elmi işçisi Tahirov Şamil Ağakişi oğlunun isə "Şərabların istehsalı üçün üzüm sortunun seçilməsi" mövzusunda təqdimatları İnstitutun şöbə rəhbərləri və elmi işçilərininin iştirakı ilə təşkil olunmuş iclasda dinlənildi. Mövzu ilə əlaqəli suallar verildi və cavablar müzakirəli şəkildə izah olundu.