Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda təlimlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 17.05.2021-ci il tarixində Üzümçülük və Şərabçılıq ET İnstitutunda Salyan, Cəlilabad, Ağstafa, Abşeron, Şəmkir, Samux, Şamaxı, Qazax, İsmayıllı (9 DAİM) əməkdaşlarının dəvət etdikləri fermerlər üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirildi. “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayev kiçik ailə təsərrüfatı və fermer təsərrüfatları ilə məşğul olan fermerləri müasir cihaz və avadanlıqlar vasitəsilə Ağ və qırmızı şərabların hazırlanma texnologiyası və onların saxlanması üsulları ilə tanış etdi. Təlim üzümçü fermerləri lazımi məsələlərlə məlumatlandırmağa və problemlərin həllinə köməyə həsr olundu