Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda hesabatların dinlənilməsi davam edir.

Üzümçülük və Şərabçılıq ETİ-da hesabtların müzakirəsi və dinlənilməsinin ikinci hissəsi həyata keçirildi. İnstitutun Gəncə, Şamaxı Təcrübə Stansiyalarının və Cəlilabad Dayaq Məntəqəsinin rəhbərlərinin hesabatı müzakirə olunaraq şura üzvlərinin yekdil müsbət rəyləri nəticəsində qəbul olundu. Eyni zamanda institutun doktorantları da 2021-ci il üzrə apardıqları tədqiqat işlərinin hesabatını təqdim etdilər. Aparılan elmi araşdırmalar alim və mütəxəssislər tərəfindən müəyyən təklif və məsləhətlərlə qiymətləndirildi. İnstitutda hesabatların verilməsi prosesi davam etdirilir.