Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda eksperimental xarakterli müxtəlif növ alkoqollu və alkoqolsuz məhsullar hazırlanır

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda müxtəlif üzüm sortlarının sort xüsusiyyətinə, yetişmə dinamikasına, məhsulun texnoloji istifadə istiqamətinə və yararlılığına, üzümün müxtəlif orqanlarının biokimyəvi göstəricilərinə, qida dəyərinə və s. əsaslanaraq eksperimental xarakterli müxtəlif növ alkoqollu və alkoqolsuz məhsullar hazırlayırlar. Bu məhsullardan da biri “abqoradır”.

Professor Vüqar Mikayılovun yazılarına istinadən qeyd edək ki, dünyada min bir dərdin dərmanı kimi tanınan qora suyunun müalicəvi xüsusiyyətləri aşağıdakılardır:

1. İnsan orqanizmindəki xolestrinin miqdarını aşağı salır.

2.Yuxarı təzyiqə malik insanların təzyiqini tənzimləyir.

3. Şəkər xəstəliyinin müalicəsində unikal bir vasitədir.

4.Hamilə qadınlar üçün ən yaxşı bir köməkçi vasitədir.

5.Mədə-bağırsaq sisteminin tənzimlənməsində ən yaxşı müalicə yoludur.

6. Vərəm xəstəliyinin yayılmasının qarşısını alır.

7. Uşaqlarda qurd olduqda onu təmizləyir.

8. Qida məhsullarının ətrinin artırılmasında mühim rol oynayır və s.

Arbqoranın tərkibi bir çox kimyəvi birləşmələrlə, o cümlədən üzvü turşularla zəngindir. Onun tərkibində üzüm və alma turşusu ilə yanaşı linolen turşusu da vardır ki, bu turşular sirkə turşusundan fərqli olaraq məhsulun ətrini məhv etmir, daha dayüksəldir.

Odur ki, min bir dərdin dərmanı olan abqoradan istifadə sağlamlığınız baxımından vacibdir və insanı gümrahlaşdırır.