Üzümçü fermerlər üçün seminar keçirilib

06 fevral 2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Şamaxı rayonunun üzümçü fermerləri üçün tarla şəraitində “Üzümçülükdə qış mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri” və “Yeni salınmış üzüm bağlarının sürətli üsulla məhsula salınması” mövzusu üzrə praktiki seminar keçirilib. Seminar zamanı aqrotexniki, aqrokimyəvi, bitki mühafizə qulluq işlərinin tətbiqi qaydaları nümayiş etdirilib, nəmlikqoruyucu tədbirlər, torpaq becərmələrində innovativ texnika, texnologiya və müasir aqreqatların praktiki əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, üzümçülükdə yeni üzüm bağlarının sürətli formalaşdırılması və bara salınması” son dövrdə mühüm iqtisadi əhəmiyyətə malik məsələlərdən biridir. İnstitutun alim və mütəxəssisləri bunu nəzərə alaraq yeni əkilmiş üzüm bağlarının sürətli formalaşdırılması üsullarını əyani şəkildə nümayiş etdiriblər.

İnstitutun alim və mütəxəssisləri rayonda üzümlüklərdə hazırda mövcud olan problemlərə toxunaraq son dövrlər qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıqların, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində qeyri-bərabər paylanmasının üzümün mövsümü becərilməsində ciddi problemlər yaratdığını bildiriblər. Qeyd olunub ki, Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitində olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır. Bu şəraitdə tənəkarası frez (“Tənəkarası (ağacarası) becərən hidravlik frez”) torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.

Üzümçü fermerlər üçün seminar keçirilib Üzümçü fermerlər üçün seminar keçirilib Üzümçü fermerlər üçün seminar keçirilib