Nadir yerli üzüm sortlarını qoruyaq

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda əvvəlcədən kolleksiya bağından aprobasiya edilərək və elmi ekspedisiyalar nəticəsində aşkar olunaraq müəyyən edilmiş nadir, qiymətli texniki və süfrə üzüm sortlaının qorunub saxlanılması, artırılması, genetik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə tinglik sahəsində əkin işləri davam etdirilir.