Mövcud təbii xammallardan alınmış ekstraktlardan əlavə olunaraq aromatlaşdırılmış şərabların tədqiqi genişləndirilir

Son dövrlərdə alkoqollu içkilərin keyfiyyətinin yaxşılaşdırılması üçün klassik texnologiyalarda mütərəqqi dəyişikliklər edilməyə başlanıb. Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda bu sahədə kifayət qədər fundamental elmi işlər aparılıb.

İnstitutumuzda konyak istehsalında bu işlər mükəmməl şəkildə yerinə yetirilir. Artıq bu ildən etibarən şərab texnologiyasında da belə işlərin aparılması nəzərdə tutulur. Bu məqsədlə müalicəvi xüsusiyyətlərə malik olan şərabların texnoloji tədqiqatlarını davam etdirmək üçün tünd və desert şərablardan, eləcə də xüsusi növ şərablardan aromatlaşdırılmış şərablar hazırlanır. Bunun üçün qeyd edilən növ şərablara Azərbaycanda mövcud olan natural xammallardan alınmış ekstraktlar əlavə edilir və belecə də aromatlaşdırılmış şərabların tədqiqi genişləndirilir.

Elmi Tədqiqat İnstitutunun fiziki-kimyəvi analizlər laboratoriyasında növbəti mövsümdə istifadə etmək üçün bəzi ekstraktlar hazırlanır.