KTN-nin Üzümçülük və Şərabçılıq ET İnstitutunun xarici ölkələrlə şərabçılıq istiqamətində əməkdaşlığı genişləndirilir

KTN-nin Üzümçülük və Şərabçılıq ET İnstitutunun xarici ölkələrlə şərabçılıq istiqamətində əməkdaşlığı genişləndirilir

30.09.2022-ci il tarixində şərabçılığın tarixindən bəhs edən iki kitabın müəllifi publisist Sineev Aleksey Vladimirovic və Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosasiyasının sədri Elçin Mədətov İnstitutda olub.

Görüş zamanı qonaq ilk öncə institutun fəaliyyət istiqaməti, iş prosesi, əkilib-becərilən yerli və introduksiya olunmuş üzüm sortları ilə məlumatlandırılıb. Daha sonra institutun "Ampeloqrafik Kolleksiya bağında" becərilən üzüm sortlarından hazırlanmış şərabların dequstasiyası həyata keçirilib və fikir mübadiləsi aparılıb.

Məqsədimiz bizim şərabçılıq tariximiz, onun inkişaf mərhələlərini, dəyərli şərab ustalarımızın peşəkarlığını və bu günkü nailiyyətlərimizi tanıtmaq, onun uzaq tarixdə qələmə aldığı şərab müəssisələrinin bu gün gəldiyi səviyyəsini diqqətə çatdırmaqdır. Eyni zamanda bu kimi görüşlərdən sonra şərablarımız və onu yaradan milli şərabçılar barəsində xoş təəssüratlar yaranacaqdır. Əminik ki, dəyərli publisist kitabında Azərbaycan şərabçılığı və şərabçıları haqqında maraqlı məlumatlar dərc edəcək.

Tədbirin sonunda qonaq institutun fiziki-kimyəvi analizlər, emal laboratoriyaları və şərab zirzəmisi ilə tanış olub.