Kənd Təsərüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda təcrübə proqramı keçirilir.
Üzümün emalı və şərabın texnologiyası şöbəsinin müdiri t.ü.f.d,dosent Teymur Musayev tərəfindən ADİU-nin nəzdində Bakı Qida Sənayesi Kollecinin tələbələrinə "Üzümün ilkin emalı və şərabın müxtəlif texnoloji üsulla hazırlanması" mövzusunda seminar keçirilib. Seminarda üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi barədə tələbələrə ətraflı məlumatlar verilmişdir.