“Asanlaşdırma, İnteraktiv innovasiya və Dövlət-Özəl Tərəfdaşlığı” təlim proqramı həyata keçirilir

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Quliyeva Aynurə Asif qızı Avropa İttifaqı Tərəfindən maliyələşdirilən və FAO tərəfindən icra olunan “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində 17-18 noyabr 2022-ci il tarixlərində “Asanlaşdırma, İnteraktiv innovasiya və Dövlət-Özəl Tərəfdaşlığı” təlim proqramında iştirak edib.

Təlim aqrar məsləhət menecerlərinin innovasiyanın interaktiv modeli və çoxiştirakçılı yanaşma, bacarıqların inkişafının sistem konsepsiyası, kənd təsərrüfatının inkişafı üçün dövlət-özəl tərəfdaşlıq və AAS-nin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsinin faydaları haqqında anlayışını təkmilləşdirmək məqsədi daşıyıb.

Təlim bacarıqların artırılması üzrə beynəlxalq məsləhətçi xanım Silvia Burssens və Monitorinq və Qiymətləndirmə üzrə interaktiv innovasiyalar üzrə beynəlxalq məsləhətçi xanım Simona Cristiano tərəfindən keçirilib.

Təlim zamanı müvafiq qurumları təmsil edən nümayəndələr tərəfindən qrup işləri təqdim edilərək diskusiyalar həyata keçirilib.