Aqrar İnkişaf Könüllüləri ilə təlim keçirildi

Aqrar Inkişaf Könüllüləri və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları arasında görüşlər davam etdirilir. 24.06.2021-ci il tarixində “Ampeloqrafiya, seleksiya və tinglik” şöbəsinin elmi işçisi Turanə Hüseynovanın “Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, təsərrüfat texnoloji göstəriciləri və əhəmiyyəti” və "Biokimya laboratoriyası"nın müdiri Vüsalə Şükürovanın "ÜŞETİ-nin laboratoriyasında 2020-ci ildə eksperiment məqsədilə və müxtəlif emal müəssələrindən daxil olan şərab nümunələrinin və üzüm məhsullarının fiziki-kimyəvi və uvoloji analizləri" mövzusu ilə AİK ilə təlimi oldu. İlk öncə təlimçi Turanə Hüseynova sortların səciyyələndirililməsidə və populyasiyadakı (sortdaxili) dəyişkənliyin müəyyən edilməsində zoğların botaniki və morfometrik əlamətləri, buğumlardakı yarpaqlar, biclər, qışlayıcı tumurcuqlar, çiçək qrupları və bığcıqlar haqqında məlumat verdi. Zoğların böyüməsi vegetasiya müddətində tumurcuqların inkişafı mərhələsi məruzəçinin öz təcrübəsi əsasında qeydə alınmış rəngli fotoşəkillər vasitəsilə nümayiş etdirildi.

Daha sonra Vüsalə Şükürova laboratoriyada mexaniki və fiziki-kimyəvi analizlər nəticəsində əldə olunan 120 göstərici siyahısını təqdim etdi, müasir aparatlarla aparılan analizlər zamanı üzüm sortlarının mexaniki tərkib göstəriciləri, istitutun şöbə və laboratoriyalarının apardıqları tədqiqat işləri üzrə üzüm və şərabların uvaloji və fiziki-kimyəvi analizləri və Ampeloqrafgik kolleksiya bağının təcrübə sahəsindən yığılan yerli və introduksiya olunmuş üzüm sortlarının laboratoriya şəraitində kimyəvi göstəricilərinin təhlilini əks etdirən cədvəlləri nümayiş etdirərək ətraflı məlumat verdi.