Yüksək Texnologiyalar Parkı, Təhsilin İnkişafı Fondu və "SABAH.HUB" şirkətinin nümayəndələrinin iştirakı ilə Texnologiya transferi layihəsinin qaliblərinin təqdimat tədbiri keçirilib.
Tədbir çərçivəsində qalib komandalar, o cümlədən Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun alimləri Azər Şükürov və Mövlud Hüseynov öz layihələrini təqdim edərək prototiplərini nümayiş etdiriblər. Təqdimatlar zamanı iştirakçılar tərəfindən layihələrin texniki və innovativ tərəfləri ilə bağlı suallar səsləndirilib, həmçinin mövcud nəticələr və qarşıdakı mərhələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşün məqsədi layihələrin hazırkı inkişaf mərhələsini qiymətləndirmək, növbəti addımları müəyyənləşdirmək və tərəfdaş qurumlar arasında əməkdaşlığın gücləndirilməsini təşviq etmək olub.






