Torpaq becərmə işləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun Təcrübə Təsərrüfatlarında torpaq becərmə işləri davam etdirilir. Eləcə də Gəncə TS-da torpağın qış becərilməsi həyata keçirilir, üzümlükdə cərgə araları şumlanılır. Əsas məqsəd yay ərzində bərkimiş müdafiə təbəqəsini yumşaltmaqdan və kübrələri torpağa basdırmaqdan ibarətdir. Torpağın payız-qış şumlanması onun münbitliyini artıran ən vacib işlərdən biridir.