Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının Mehdiabad qəsəbəsi 20 yanvar küçəsində yerləşən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni ərazi partiya təşkilatı təsis edilib.

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının Mehdiabad qəsəbəsi 20 yanvar küçəsində yerləşən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni ərazi partiya təşkilatı təsis edilib.

İyulun 19-da keçirilmiş iclasda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Ulu öndər Heydər Əliyevin ideyalarının təbliğində fəal iştirak edən Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları öz sıralarında birləşdirməklə birliyin, həmrəyliyin nümunəsini ortaya qoyur. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirməklə cəmiyyətin avanqard qüvvəsi olduğunu bir daha təsdiqləyir.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, yaradılmış ərazi partiya təşkilatı qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

İclasda daha sonra çıxış edən ÜŞETİ-nun aqrotexnika şöbəsinin müdiri Azər Şükürov bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır. Azər Şükürov qeyd edib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak edəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

İclasın sonunda çıxış edən ÜŞETİ-nun mühasibi Abdullayeva Güləndam bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səlimov Vüqar yekdilliklə ərazi partiya təşkilatının sədri, Quliyeva Aynurə isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.