Üzümçülük və Şərabçılıq ET İnstitutunda Avropa standartlarına uyğun tərtib olunmuş təlim proqramları əsasında peşəkar mütəxəssislərin hazırlanması istiqamətində görüş keçirilib

Üzümçülük və Şərabçılıq ET İnstitutunda Avropa standartlarına uyğun tərtib olunmuş təlim proqramları əsasında peşəkar mütəxəssislərin hazırlanması istiqamətində görüş keçirilib.

Görüş zamanı İnstitutun direktor müavinləri və şöbə müdirləri - Teymur Musayev, Rauf Əsədullayev, Afət Hüseynova, Aynurə Quliyeva və "Məşğulluğa dəstək layihəsinin" nümayəndələri - Əmək Bazarı üzrə Mütəxəssis Michael John Dowden, Sənaye və Biznes Məsələləri üzrə Mütəxəssis Vicente Lopez Mateu, layihə koordinatoru Şəhanə Nəcəfova layihə istiqamətində danışıqlar aparıblar.

Məqsəd "Xüsusi təlim modullarının hazırlanması və yenilənməsi, həmçinin müvafiq təlimlərin təşkili, özünüməşğulluq proqramının həyata keçirilməsi və mentorluq xidmətlərinin təmin edilməsi" layihəsinin həyata keçirilməsidir.

Qonaqlar eyni zamanda, institutun fəaliyyət istiqamətləri, mövcud üzüm sahələri, laboratoriya və emal müəssisələri, çoxillik şərabların saxlandığı muzey-zirzəmi ilə də tanış olublar.