Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir

Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir.

"İnteqrir mübarizə texnologiyaları laboratoriyası"nın işçiləri salxım yarpaqbükəni zərərvericisinin Ⅰ, Ⅱ və Ⅲ nəslinə qarşı mübarizədə feromon tələlərdən istifadə etmiş və buna əsasən kimyəvi çiləmələrin vaxtı təyin olunmuşdur. Hazırda zərərvericinin Ⅲ nəsil kəpənəklərinin uçuşu sona çatır. Bir neçə gündən sonra kəpənəklərin qoyduğu yumurtalardan tırtıllar çıxmağa başlayacaq. III nəslin tırtılları yetişməyə başlayan gilələri deşib, onların çürüməsinə səbəb olacaq. Ona görə də tırtılların çıxmağına 1-2 gün qalmış kimyəvi çiləmə aparılması nəzərdə tutulur.

Salxım yarpaqbükəni (giləqurdu) fillokseradan sonra ən təhlükəli zərərvericidir. Sıx salxımlı üzüm sortlarına daha çox ziyan vurur. Çünki sıx salxımlı üzüm sortları zərərvericinin tırtılları ilə zədələndikdə güclü çürümə gedir.

Bu zərərverici vegetasiya ərzində 3-4 nəsil verir. Qışı ştambın qabığı altında, budaqlarda, bükülmüş quru yarpaqlarda pup mərhələsində keçirir. Pupların uzunluğu 5-6 mm-dir. Aprelin sonu, mayın əvvəli puplardan kəpənəklər çıxır. Kəpənəklər xırda ölçüdədir, qanadlarını açdıqda 13 mm-ə çatır. Onlar 10-12 gün su ilə qidalanır və sonra yumurta qoymağa başlayırlar. Dişi fərd üzümün qönçə və çiçəklərinə 80-ə qədər yumurta qoyur. 6-7 gündən sonra yumurtalardan birinci nəsil tırtıllar çıxır. İyun ayının ikinci yarısında ikinci nəsil tırtıllar əmələ gəlir. İkinci nəslin kəpənəkləri yumurtalarını yaşıl gilələrin üzərinə qoyur və onlar asanlıqla seçilirlər. Yumurtalar 0,6 - 0,7 mm diametrli, yastı, parlaq haşiyəli sarı rəngdədir. Üçüncü nəslin kəpənəkləri yetişən gilələrin üzərində yumurta qoyurlar. Salxım yarpaqbükəninin tırtılları açıq yaşıl rəngdədir. Bu tırtıllar üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, üzümün zədələnməsinə və çürüməsinə səbəb olurlar. Tırtılların puplara çevrilmə prosesi bükülmüş yarpaqlarda, qabığın altında və zədələnmiş gilələrdə baş verir.