Üzümçülük və Şərabçılıq elmi Tədqiqat İnstitutu nadir yerli üzüm sortlarımızın toplanması və çoxaldılması istiqamətinə tədqiqat işlərini aparır

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq elmi Tədqiqat İnstitutu nadir yerli üzüm sortlarımızın toplanması və çoxaldılması istiqamətinə tədqiqat işlərini aparırıar. Hər biri Axərbaycan xalqının əkinçilik mədəniyyətinin, o cümlədən qədim toponimlərinin, etnoqrafiyasının elementlərini özündə əks etdirən yerli ənənəvi üzüm sortlarından olan Şirvanşahı, Xəzri, Çil üzümü, Kəhrəba, Sarıgilə, Molla üzümü, Qar quş ürəyi və Sarı keçiməməsi kimi sortların araşdırılması aparılır.