Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu ilə tədris mərkəzləri arasında elm-təhsil mübadiləsi davam edir

Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu ilə tədris mərkəzləri arasında elm-təhsil mübadiləsi davam edir

ATMU "Qida mühəndisliyi" ixtisasının QM2001 qrup tələbələri Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat institutunda olublar.

Tələbələr institutun Fiziki-kimyəvi analizlər laboratoriyasında şərabın fiziki-kimyəvi göstəricilərinin təyini proseslərini izləyərək, emal şöbəsində şərab istehsalı prosesində istifadə edilən avadanlıqlar və onların iş prinsipi, həmçinin institutun digər şöbələrinin işi ilə yaxından tanış olublar. Tələbələrə institutda aparılan elmi-tədqiqat işləri ilə bağlı məlumatlar verilmiş, müxtəlif nümunələr göstərilmişdir.