Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Almaniyanın Üzümçülük İnstitutu ilə əməkdaşlığı genişləndirir

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Almaniyanın Üzümçülük İnstitutu ilə əməkdaşlığı genişləndirir

6TKQQBkCmohHaMAA8inW5xs2XYYfx8rweVuTkhIL.jpg

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) yerli üzüm sort və formalarının genetik müxtəlifliyinin müasir üsullarla öyrənilməsi məqsədilə Almaniyanın Üzümçülük (Geilweilerhof Institut) İnstitutu ilə bağladığı elmi əməkdaşlıq müqaviləsinə əsasən birgə araşdırmalar davam etdirilir.

Müqaviləyə əsasən üzümün molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s. analizləri birgə əməkdaşlıq üzrə həyata keçirilir.

Növbəti dəfə 109 üzüm sortunun yarpaqları tədqiq olunması üçün Almaniyaya göndərilib.

Milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortlarının sürətli üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün institutun nəzdində və “Ampeloqrafik Kolleksiya bağı”nda yetişdirilən üzüm sortları tədqiqat obyekti olaraq seçilib.

Qeyd edək ki, daha öncə də Azərbaycanın üzümçülük bölgələrində aşkar olunmuş və bu günə qədər elmi əsaslarla öyrənilməyən nadir 77 yerli genotipi bağlanılmış müqavilələr əsasında Almaniyanın Üzümçülük İnstitutuna göndərilib.

Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında yetişdirilən üzüm sortları da araşdırılır. Həyata keçirilən bütün tədqiqatlar gələcəkdə əkin materialı tədarük edilməsi məqsədilə aparılır.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Almaniyanın Üzümçülük İnstitutu ilə əməkdaşlığı genişləndirir Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Almaniyanın Üzümçülük İnstitutu ilə əməkdaşlığı genişləndirir Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Almaniyanın Üzümçülük İnstitutu ilə əməkdaşlığı genişləndirir

Tarix: 14 Oktyabr 2022