Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə müxtəlif bölgələrdə yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları üçün online təlim keçirilmişdir

10 avqust 2021-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə müxtəlif bölgələrdə yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları üçün “ZOOM” proqramı vasitəsilə «Üzümün yığımı, saxlanma qaydaları, məhsulların saxlama yerlərində zərərli orqanizmlərə qarşı mübarizə» mövzusunda online təlim keçirilmişdir. İnstitutun İstehsalat işləri üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rauf Əsədullayev mövzu üzrə çıxış edərək, DAİM-lərin əməkdaşlarını maraqlandıran sualları cavablandırmışdır.