Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən mövsümə uyğun olaraq tədqiqat işləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən mövsümə uyğun olaraq tədqiqat işləri davam etdirilir

Üzüm sortlarının kəmiyyət və keyfiyyət göstəricilərinə müxtəlif növ gübrələrin hansı dərəcədə təsir göstərdiyi müəyyən olunur. Müxtəlif gübrə dozaları fonunda məhsuldarlıq və keyfiyyət göstəricilərinin dəyişkənliyi üzrə müşahidələr aparılır. Gübrələrin optimal miqdarını müəyyən etmək məqsədilə metodikaya uyğun olaraq onlar müxtəlif variantlarda tətbiq olunub.