Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Cəlilabad Dayaq Məntəqəsində 2022-ci ilin birinci yarısında tədqiqat xarakterli bir sıra işlər görülmüşdir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Cəlilabad Dayaq Məntəqəsində 2022-ci ilin birinci yarısında tədqiqat xarakterli bir sıra işlər görülmüşdir. Belə ki, Qarabağda işğaldan azad olunmuş Xocavənd rayonunda yerləşən calaqaltı anaclıq sahəsində tinglərin tədarükündə iştirak edilib, Talış meşələrində yabanı halda bitən Amerika mənşəli üzüm növü olan Vitiş Labruskanın tədqiqi istiqamətində elmi axtarışlar davam etdirilib. Cəlilabad bölgəsində yetişdirilən və itməkdə olan Həməşərə sortunun öyrənilməsi və qorunması istiqamətində də xeyli tədqiqatlar aparılıb və davam etdirilir. Bu sortun tingləri tədarük edilərək instituta göndərilib və miqdarının artırılması istiqamətində üzümçü sahibkarlara göstəriş verilib. Eyni zamanda Cəlilabad bölgəsində yetişdirilən 10-dan çox sortdan nümunələr (çubuq) götürülərək sortun daha dəqiq uyğunluğunu öyrənmək üçün instituta təqdim edilmiş və dəqiq testinin aparılması üçün institut tərəfindən Almaniyaya göndərilib.

Aparılan tədqiqat işləri ilə yanaşı fermer və sahibkarlarla da mütəmadi olaraq əlaqələr yardılmışdır. Keçən müddət ərzində Cəlilabadlı üzümçü sahibkarlara aparılan mövsümü işlərlə əlaqədər, eləcə də, quru budama, quru bağlama, yaşıl budama, yaşıl bağlama, xəstəlik-zərərvericilərlə qarşı mübarizənin təşkili, həyata keçirilməsi, gübrələmə və suvarmaya dair lazımi məsləhət və tövsiyələr verilib.