Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunda müvafiq Universitetlərin tələbələri üçün təşkil edilən maarifləndirivci və məlumatverici xarakterli təlim və seminarlar davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunda müvafiq Universitetlərin tələbələri üçün təşkil edilən maarifləndirivci və məlumatverici xarakterli təlim və seminarlar davam etdirilir. Növbəti təlim Texnologiya Universitetinin "Qida mühəndisliyi fakültəsi"nin tələbələri üçün təşkil edilib. İnstitutun "Üzümün emalı və şərabın texnologiyası" şöbəsinin müdri, dosent Teymur Musayev və "Ampeloqrafiya, seleksiya və tinglik" şöbəsinin elmi işçi Turanə Hüseynovanın birgə iştirakı ilə onlayn keçirilən elmi seminar iştirakçılar tərəfindən yüksək səviyyədə qiymətləndirilib və onlar üçün faydalı məlumatlar olduğu bildirilib.