Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

0KeSUJdzj0dwXFndQOSzDRTwmnDO6mMofVlcvQ7q.png

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər 5 aprel 2022-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu üçün son tarix: 5 may 2022-ci il

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

Əyani

Qiyabi

3103.04

Seleksiya və toxumçuluq

-

1

3103.06

Bitkilərin mühafizəsi

-

1

3103.07

Bitkiçilik

-

2

3309.01

Qida məhsullarının texnologiyası

-

2

Elmlər doktoru proqramı üzrə dissertantura, büdcə hesabına

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

3103.04

Seleksiya və toxumçuluq

1

3103.07

Bitkiçilik

1

3309.01

Qida məhsullarının texnologiyası

1

Ünvan: Az. 0118, Abşeron rayonu,

Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi

Tel: (012) 343-13-31