İnstitutun gənc mütəxəssislərindən ibarət “Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri araşdırmalarını davam etdirirlər

Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının ( OIV ) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və beynəlxalq məlumat bazasında yerləşdirməsi məqsədilə İnstitutun gənc mütəxəssislərindən ibarət “Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri araşdırmalarını davam etdirirlər. Belə ki, işçi qrupunun nümayəndələri 300-ə qədər sortu əhatə edə biləcək 20 sortun odunlaşmış zoğları üzərində OİV deskriptorlarının təyin edilməsi istiqamətində laborator tədqiqatlarını həyata keçiriblər.