"Emin" hibrid sortu

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasında yeni yaradılmış "Emin" hibrid sortu "Ampeloqrafik Kolleksiya Bağı"nda əkilib - becərilib.

"Emin" hibrid sortunun seleksiyası və qiymətləndirilməsi başa çatdırılmış və sınaq üçün KTN-nin Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir. Eyni zamanda sortun inkişafının fenoloji mərhələləri, məhsuldarlıq keyfiyyəti və mexaniki xüsusiyyətləri tədqiq olunur.

Hazırda institutda üzüm genofondunun seleksiya və davamlı istifadə məqsədilə qiymətləndirilməsi, qorunub saxlanması, yüksək keyfiyyətli xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sortların yaradılması, sort və formaların yaxşılaşdırılma proqramlarına cəlb edilməsi və s. istiqamətində tədqiqat işləri aparılır.