Ampeloqrafik Kolleksiya bağında aqrotexniki qulluq işləri aparılır

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Üzümün emalı və Şərabın texnologiyası şöbəsi"nin əməkdaşları tərəfindən mövzu planına uyğun kolleksiya bağında tənəyə müxtəlif yük normaları verilir, məhsuldarlığa və şərabın keyfiyyətinə təsirinin öyrənilməsi istiqamətində təcrübələr qoyulur. Şöbənin təcrübə sahələrində yetişdirilən texniki üzüm sortlarının tənəklərinə qulluq işləri aparılır və mövsümi aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri davam etdirilir.