30.12.2022- ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni il münasibətilə tədbir keçirilib

30.12.2022- ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni il münasibətilə tədbir keçirilib. İnstitutun direktoru Vüqar Səlimov bütün əməkdaşları təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyət və uğurlar diləyib.

İlk öncə “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi” nin müdiri Aynurə Quliyevanın 2022- ci ildə institutda görülən işlərlə bağlı yekun illik hesabatı ilə çıxış edib. Təqdimatda institutun elmi fəaliyyəti, kadr potensialı, dərc olunan kitab və məqalələri, təhsil alan doktorant və dissertantların, yaradılan beynəlxalq əməkdaşlıqların, fermerlərə göstərilən informasiya, məsləhət xidmətləri, təşkil olunan tədbir və konfranslar, təlimlər, işğaldan azad olunmuş Qarabağ ərazisində təşkil olunan ekspedisiyalar və tədbirlər haqqında məlumat verilib.

Daha sonra institutda öz fəaliyyətinə görə dərin əməyi olan “Üzümün aqrotexnikası” şöbəsinin müdiri Azər Şükürov, “İnteqrir mübarizə texnologiyaları” laboratoriyasının aparıcı elmi işçisi Şamil Tahirov, “Üzümün saxlanılması, qurudulması və təkrar emalı laboratoriyası”nın müdiri Aidə Nəcəfova fəxri fərmanla təltif olunublar.

İnstitutun elmi, təcrübi və ictimai fəaliyyətində aktiv iştirakına görə bir sıra əməkdaşlar təşəkkürnamə ilə qiymətləndiriliblər.