Aqrar İnnovasiya Mərkəzinin xətti ilə Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzinin icraçı direktoru xanım Valentina Qrexova Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olub

Aqrar İnnovasiya Mərkəzinin xətti ilə Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzinin icraçı direktoru xanım Valentina Qrexova Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olub. Qonağı müşayiət edən “İstehsalat işləri Üzrə” direktor müavini Rauf Əsədullayev görüşün məqsədi, sözügedən mərkəzlə Üzümçülük ETİ arasında gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. Sonra institutun mandatına uyğun olaraq həyata keçirdiyi fəliyyət ,yetişdirilən yerli və introduksiya olunmuş üzüm sortları, tədqiqat prioritetləri, qarşıda duran vəzifələr haqqında məlumat verib. Bu preparatın tətbiqi üzrə keçirilən sınaqlar,qoyulan təcrübələr və əldə olunan nəticələr haqqında müzakirələr aparılıb. Daha sonra qonaq, institutun Fiziki kimyəvi analizlər və Emal laboratoriyasında olub. Sonda isə qonaqlar institutun müxtəlif illərdə istehsal olunub qorunub saxlanılan şərab zirzəmisi ilə də tanış olublar.