Yerli texniki üzüm sortlarından salınmış yeni üzüm bağında aqronomik tədbirlər davam etdirilir
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında qiymətli yerli texniki üzüm sortlarının qorunub saxlanması, artırılması və davamlı istifadəsi məqsədilə salınmış yeni üzüm bağında aqrotexniki qulluq işləri, o cümlədən suvarma, yaşıl əməliyyatlar, gübrələmə, torpaq becərmələri, dərmanlama və s. işlər davam etdirilir.
“Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xindoqnı üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” istiqamətində olan tədqiqat işləri və onların artırılması məqsədilə yeni üzüm bağlarının salınması işləri davam etdirilir. Belə ki, Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xindoqnı sortlarının bioloji və genetik baxımdan təmiz formalarının seçilib artırılması, gələcəkdə fillokseraya davamlı calaq ting istehsalı üçün calaqüstü materialların istehsalı məqsədilə aprobasiya aparılaraq tədarük olunmuş çubuqlardan 1.0 ha sahədə üzüm bağı və 1 ha tinglik salınmışdır.