Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun “İnteqrir mübarizə texnologiyaları laboratoriyası”nın müdiri Hafizə Nurəddinovanın “Üzümün Oidium xəstəliyi və salxım yarpaqbükəni zərərvericisinə qarşı inteqrir mübarizə” mövzusunda təlimi keçirildi. Təlim 25 DAİM iştirakçısı ilə ZOOM proqramı ilə təşkil olunmuşdur. Təlimçi hazırkı vəziyyətlə bağlı mübarizə üsullarından və onların səmərəliliyindən danışdı. Qeyd edildi ki, üzümdə baş verən çürümə xəstəliklərinin ən başlıca səbəbi oidium xəstəliyidir.
Oidium respublikanın bütün üzümçülük təsərrüfatlarında böyük təhlükə yaradan xəstəlikdir. Oidium üzüm bitkisinin bütün yaşıl orqanlarında – zoğlarda, yarpaqlarda, bığcıqlarda, daraqlarda, çiçəklərdə , gilələrdə ağ boz unlu örtük şəklində ləkələr əmələ gətirir.