Kənd təsərrüfatının ənənəvi sahələrindən olan üzümçülüyün inkişafı istiqamətində Üzümçülük və Şərabçılıq ET İnstitutunda ardıcıl seminarlar davam etdirilməkdədir. 16.04.2021-ci il tarixində “Ampeloqrafiya, seleksiya və tinglik” şöbəsinin elmi işçisi Turanə Hüseynovanın “Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, təsərrüfat texnoloji göstəriciləri və əhəmiyyəti” mövzusunda seminarı keçirildi. Məruzəçi ilk öncə sortların səciyyələndirililməsidə və populyasiyadakı (sortdaxili) dəyişkənliyin müəyyən edilməsində zoğların botaniki və morfometrik əlamətləri, buğumlardakı yarpaqlar, biclər, qışlayıcı tumurcuqlar, çiçək qrupları və bığcıqlar haqqında məlumat verdi. Zoğların böyüməsi vegetasiya müddətində tumurcuqların inkişafı mərhələsi məruzəçinin öz təcrübəsi əsasında qeydə alınmış rəngli fotoşəkillər vasitəsilə nümayiş etdirildi. Bitkilərdə iki cür tumurcuq mövcud olur, vegetativ və generativ tumurcuqlar. Generativ tumurcuğa çiçək tumurcuğu, meyvə tumurcuğu, və reproduktiv tumurcuqda deyililir. Sadə generativ tumurcuq. Generativ tumurcuq açıldıqda yalnız çiçək əmələ gətirirsə belə tumurcuğa sadə və ya təmiz generativ tumurcuq deyilir (ərik, şaftalı, gavalı, gilas və s.). Generativ tumurcuq açılaraq çiçəklə yanaşı vegetativ orqan-zoğ və yarpaq da əmələ gətirərsə, belə tumurcuğa mürəkkəb generativ tumurcuq, qarışıq generativ tumurcuq, və ya generativ-vegetativ tumurcuq deyilir (üzüm alma, armud və s.) Bicin əsasında iri qışlayıcı gözcüklər əmələ gəlir. Qışlayıcı gözcüklərdən isə növbəti ilin yazında əsas zoğlar əmələ gəlir. Gözcüyün mərkəzində əsas (mərkəzi) tumurcuq yerləşir. Əsas tumurcuğun ətrafında isə əvəz edici və ya ehtiyyat tumurcuqlar olur. Əvəzedici tumurcuqlar quruluşca əsas tumurcuqlara oxşasalar da,onlar mərkəzi tumurcuqdan gec əmələ gəlir, gec formalaşır, onlardan xırda olur və orqanların başlangıclarının differensasiyası nisbətən zəif dərəcədə olur. Əsas tumurcuq müəyyən səbəbdən məhv olarsa, bu halda əvəzedici tumurcuqlardan ən böyüyü sürətlə inkişaf edərək əsas tumurcuğu əvəz edir. Lakin əvəzedici tumurcuq cari ildə oyanmayıb, gələcəyə qalarsa, bu zaman yatmış tumurcuq adlanır. Daha sonra zoğların en kəsiklərinin formasından xarici görünüşündən məlumat verildi. Sorta məxsus olaraq zoğların en kəsikləri fərqli formalar da olurlar. Zoğların üzəri hamar, şırım-şırım, damarlıvə qırış-qırış olur. Üzüm zoğu üzümlükərin bərpa edilməsində və sort tərkibinin dəyişdirilməsində əvəz edilməz orqandır. Bildiyimiz kimi üzümlüklərin bərpa edilməsi və sort tərkibinin dəyişdirilməsi məqsədi ilə zoğlardan istifadə edilir yəni üzüm vegetativ çoxalan bitkidir. Buna görədə zoğlar onun irsi əlamətlərinin inkişafında və vegetativ nəslə ötürülməsində mühüm rol oynayır. Sonda məruzəçinin hazırladığı əkinə yararlı üzüm çubuqları üzərində düzgün hazırlanma qaydaları izah olundu. Çubuqlar hazırlanarkən zoğun aşağı hissəsindən (əsasından) uc hissəsindən və üzərindəki bic zoğlardan istifadə edilmir. Haramı və pöhrə zoğlardan əkin materiyalı tədarük edildikdə buzoğlardan alınan tənəklərdə çiçəktökmə və gilələrdə noxudlaşma prosesi gedir. Bu səbəblərə görə haramı və pöhrə zoğlardan əkin üçün istifadə edilmir.
Tingin əkinə hazırlanması. Əkin üçün hazırlanmış zoğun yetişmiş hissəsinin boyu 20 sm-dən, diamerti 5mm-dən, əsas köklərin sayı 4-dən,uzunluğu 12 sm-dən, qalınlığı (diametri) 2 mm-dən az olmamalıdır.