"Üzümdə və şərabda müasir analiz və tədqiqatların aparılması" qrupunun əməkdaşları tərəfindən tədqiqat işləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən "Üzümdə və şərabda müasir analiz və tədqiqatların aparılması" qrupunun əməkdaşları tərəfindən respublikanın müxtəlif ekoloji-coğrafi şəraitlərindəki üzümçülük fermer təsərrüfatlarında əkilib becərilən yerli və introduklsiya olunmuş üzüm sortlarının texnoloji qiymətləndirilməsi və texnoloji istifadə istiqamətlərinin təyin edilməsi məqsədilə təqdim edilən üzümlərin mexaniki, kimyəvi göstəriciləri müəyyən edilmiş, onların keyfiyyət parametrləri qiymətləndirilmiş və bunlar əsasında texnoloji istifadə istiqamətləri barədə təkliflər verilmişdir.