“Üzümçülük və şərabçılıq məhsulları”nın Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND TK/22) “Texniki Komitəyə üzv olmaq barədə” növbəti iclası keçirildi.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda 09.09.2021-ci il tarixdə saat 11:00-da “Üzümçülük və şərabçılıq məhsulları”nın Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND TK/22) “Texniki Komitəyə üzv olmaq barədə” növbəti iclası keçirildi.

İclasda Texniki Komitənin sədri a.e.d. Vüqar Səlimov Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşı “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri, a.e.f.d.Bayram Əliyevə görülən işlər barəsində qısaca məlumat verdi. İlk öncə Təcrübə mərkəzinin yaradılması daha sonra isə Standartlardakı rəqəmlərin dəyişdirilib özününküləşdirilməsi müzakirə olundu. Texniki Komitənin katibi a.e.f.d., dosent Aidə Nəcəfova komitə üzvlərinin adlarını və standartları açıqladı və bildirdi ki, “2018-2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda qeyd edildiyi kimi “üzümçülük və şərabçılıq üzrə milli normativ texniki sənədlərin müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər məhsulların ölkədən ixracını məhdudlaşdırır”. Həyata keçirilən Dövlət Proqramı üzrə Tədbirlər Planının 1.3 bəndinə əsasən şərabçılığa dair milli normativ texniki sənədlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı. Eyni zamanda katib qeyd etdi ki, hazırlanan standart sənədlər beynəlxalq standartlara uyğun olaraq məhsulun istehsalından tutmuş, ta istehlaka qədər bütün zəruri məsələləri özündə əks etdirir.

Daha sonra iclasın mövzusu müzakirəyə qoyuldu. İqsadiyyat Nazirliyinin aidiyyatı şöbələrinin nümayəndələrinin Texniki Komitəyə cəlb olunmaqla ölkədə müxtəlif fəaliyyət sahələrində işin beynəlxalq və Avropa standartlarına uyğun təşkil edilməsi baxımından təhlükəsiz və keyfiyyətli mal istehsalını təmin edən normativ sənədlərin layihələrinin işlənib hazırlanması və ekspertizasının təşkili, bu sahədə mövcud olan standartların yenilənməsi işlərində fəal iştirak etmələri məqsədəmüvafiqdir. Bununla əlaqədar olaraq, sözügedən nazirliyin Sənayə siyasəti sektorunun məsləhətçisi İlyas Nuriyevin, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxmasına dəstək şöbəsinin böyük mütəxəssisi Fuad Ağayevin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun “İxrac təşviqi departamenti”nin layihə meneceri Malik Səlimovun, Şərabçılıq İstehsalçıları və İxracatları Asosasiyasının icraçı direktoru Elçin Mədətovun, elmi-praktiki məsləhətlərinə görə Tariyel Pənahovun, Üzümçülük və Şərabçılıq ET institutunun doktorantları, Azqranatanın satış üzrə meneceri Yusif Ləzgiyev və BM və TBETİ-nin Abşeron Təcrubə Stansiyası-nın elmi işçisi Üzeyir Ağazadənin, Şamaxı rayonu Şirvan şərabları MMC-nin laboratoriya müdiri Məxluqə Kazımovanın komitəyə üzv seçilməsi müzakirə olundu və qəbul edildi.