Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında aqrotexniki torpaq becərmə işləri həyata keçirilir.
Bununla yanaşı təsərrüfatda üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı seleksiya sortlarının və klon formalarının seçilməsi və çoxaldılması üzrə tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə yenidənqurma işləri aparılır.
Köhnə üzüm bağları yenidən bərpa olunur, dirəklər, məftillər yenilənir, şpalerlər formalaşdırılır, yeni beton dirəklər basdırılır və təmir işləri davam etdirilir, o cümlədən milli brendlərin istehsalı üçün qiymətli xammal bazası olan texniki üzüm sortlarından ibarət yeni üzüm bagları da salınır.
vam etdirilir, o cümlədən milli brendlərin istehsalı üçün qiymətli xammal bazası olan texniki üzüm sortlarından ibarət yeni üzüm bagları da salınır.