Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat Institutu Abşeronun yerli qədim üzüm sortlarının toplanması məqsədilə həyətyanı sahələrəndə üzüm əkib becərənlərə müraciət edir
Azərbaycanın 500 dən çox yerli üzüm sortu var. Respublikanın bir neçə bölgəsi qədim üzümçülük diyarıdır. O cümlədən Abşeron əhalisi xalq seleksiyası yolu ilə 50 dən çox məişətdə və istehsalatda istifadə etmək üçün yerli sort yaradaraq əkib becəriblər. Əminik ki, bu sortlar hələ də Abşeronun kənd və qəsəbələrində xalqımız tərəfindən əkilib becərilir, qorunub saxlanılır. Bizim müraciətimizi görən və eşidənlərdən xahiş edirik ki, həyətlərində, dost və qohumlarda siyahıda adıçəkilən sortlardan varsa, onu toplamaqda bizə köməklik etsinlər.