Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Şamaxı Təcrübə Stansiyasında və Şamaxı Tinglik mərkəzində olublar.
İnstitutun direktoru Vüqar Səlimov və "Üzümün aqrotexnikası" şöbəsinin müdiri Azər Şükürov stansiyanın üzüm bağında üzümlüklərin mövcud vəziyyəti və görülən işlərlə yaxından tanış olaraq mövsümə uyğun bəzi aqrotexniki qulluq işlərinin yerinə yetirliməsi haqqında öz məsləhətlərini bildiriblər.
Şamaxı Təcrübə Stansiyasında hazırda üzümlüklərin qış qayğıları yerinə yetirilir, yeniləmə və bərpa işləri aparılır.