Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə TS-da aqoretexniki torpaq becərmə işləri həyata keçirilib.
Təsərrüfatda üzüm genofondunun innovativ texnologiyalar əsasında qiymətləndirilməsi, donor genotiplərin seçilməsi, müasir tələbata (xəstəlik və zərərvericilərə qarşı davamlı, məhsuldar, keyfiyyətli, əmtəəlik görünüşü yüksək, saxlanmaya və daşınmaya yararlı) cavab verən yeni süfrə, kişmişi və texniki üzüm sortlarının yaradılması, irsi xüsusiyyətləri pisləşmiş qiymətli sortların təsərrüfat-iqtisadi əlamətləri üzrə yaxşılaşdırılması istiqamətində tədqiqat işlərinin məqsədyönlü aparılması üçün üzüm və kolleksiya bağlarında aqrotexniki tədbirlər aparılır. Köhnə üzüm bağları bərpa olunması istiqamətində sahə şumlanmış, yabanı halda bitən ağac və kollar kəsilərək üzüm bağı təmizlənir. Növbəti mərhələdə beton dirəklər, məftillər yenilənəcəkdir.