Yaşıl dünya naminə həmrəylik ili”
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasında yaşıl dünya naminə həmrəylik ili çərçivəsində tədbir keçirilib.
Ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılmasında, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsində üzümlüklərin mühüm rolu var. Üzüm quraqlığa, o cümlədən digər abiotik amillərə nisbətən dayanıqlı və uzunömürlü bitki olub, Azərbaycan şəraitinə yaxşı adaptasiya olunub, inkişaf edir. Azərbaycanın yerli üzüm sort və yabanı formaları təbiətin ağır sınaqlarından çıxaraq bu günümüzə qədər gəlib çıxmış və uyğunlaşmışdır.
Qeyd etmək lazımdır ki, üzümün kök sistemi güclü inkişaf etməklə quraqlığa davamlılıq qazanmaqla, torpaq eroziyasının qarşısını alır.
Bununla yanaşı mədəni üzüm bitkisinin uzunömürlülüyünün təmin edilməsi məqsədilə bir çox aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirlərinin aparılması vacibdir. Bunu nəzərə alaraq Gəncə Təcrübə Stansiyasında yerli süfrə və texniki üzüm sostlarından ibarət üzüm bağlarında yaşıl əməliyyatlar, xəstəlik və zərərverivilərə qarşı mübarizə, torpaq becərmələri və s. tədbirlər həyata keçirilmişdir. Həmçinin dibçəklərdə xüsusi şəraitdə yetişdirilən yerli üzüm sortlarından yeni üzüm bağı salınmış, seyrəkliklər aradan qaldırılmışdır.