Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasında taxıl biçinindən sonra təkrar əkinlərinin aparılması prosesi davam edir.
Müşahidələr göstərir ki, iqtisadi cəhətdən səmərəli olduğundan ölkəmizdə məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir.
Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Başqa sözlə, təkrar əkin ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Üstəlik, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkinin aparılması torpağın strukturunu yaxşılaşdırır.