Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun "Ampeloqrafik tədqiqatlar qrupu"nun əməkdaşları tərəfindən Azərbaycanın yerli üzüm sortlarının morfoloji, texnoloji və polimorfizm xüsusiyyətlərinin öyrənilməsi işləri davam edir.
Tədqiqatçılar üzüm sortlarının yarpaqlarını məişətdə istifadəyə yararlılıq və texnoloji baxımından tədqiq edərək ayrı ayrı sortların yarpaqlarının forma və quruluşunu, ayanınn yarılma, tüklülük, qalınlıq və sərtlilik dərəcəsini, damarcıqların quruluşu haqqında məlumatlar əldə etmişlər.