Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni mövsümdə üzümün emalı zamanı yaranan qalıqlardan (üzüm toxumu)soyuq sıxma üsulu ilə üzüm yağının istehsalına start verildi.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni mövsümdə üzümün emalı zamanı yaranan qalıqlardan (üzüm toxumu)soyuq sıxma üsulu ilə üzüm yağının istehsalına start verildi.

Soyuq Press üsulu yağın keyfiyyətini artırır, arzuolunmaz maddələrin yaranma riskini qaldırır, kimyəvi, qoruyucu və qatqı maddəsi daşımır.

Üzüm yağı ilə maraqlananlar yağın istehsal prosesinində iştirak edib gedişatı izləyərək məhsulu yerindəcə əldə edə bilərlər. Cihazla gün ərzində 5 l yağ istehsal etmək mümükündür.

Hal-hazırda patenti əldə olunmuş təmiz və qatqısız, keyfiyyətli üzüm yağının faydalarını sizə təqdim edirik:

Vitaminlər: E, A, B1, B3, B6, B12, C

Makro- və mikroelementlər: K, Na, Ca, Fe və s.

Tərkibində dəri, saç və dırnaqların vəziyyətinə müsbət təsir göstərən maddələrin (A, E, B vitaminləri, flavonoidlər, Omeqa-6 və Omeqa-9 poli-doymamış turşular, fitosterollar, xlorofill) olmasına görə üzüm toxumu yağı kosmetologiyada ən populyar bitki yağlarından biridir. Qırışları açır, solmaqda olan dərini hamar saxlayır. Yaxşı mənimsənilməklə, nəmləndirici kremi əvəz edir. Dərinin dərinliyinə kimi daxil olur, qabıq vermənin qarşısını alır.

Üzüm çəyirdəyi yağında geniş miqdarda tanin vardır. Bu səviyyə digər çəyirdək yağlarından 100 qat daha çoxdur. Bu hal üzüm çəyirdəyi yağını peroksidasiyaya qarşı daha müqavimətli edir.

Üzüm çəyirdəyinin antioksidant təsiri E və C vitaminindən 20 qat daha çoxdur. E vitamini tərkibi 454 mg/kg-dır.

Üzüm çəyirdəyi yağı, salat souslarında, qarışıq qızartmada, ədviyyə olaraq yemək bişirmədə və s. istifadə edilir.

Üzüm yağı yaşıla çalan açıq-sarımtıl rəngə, bitki yağlarına məxsus, kənar tam olmayan xoş dada malikdir.

Üzüm yağı konserv sənayesində, marqarin, yüksək keyfiyyətli sabun istehsalında, tibbi və kosmetik məqsədlərlə, lak-boya istehsalında, incə detalların yağlanmasında istifadə olunur.

Öz tərkibinə görə üzüm toxumu yağı günəbaxan yağına bənzərdir, qida dəyərinə görə isə soya, günəbaxan və qarğıdalı yağı ilə rəqabət apara bilər.

Xarici ölkələrdə (məs., İtaliyada) üzüm yağı digər yağların (zeytun, günəbaxan və s.) konservantı kimi istifadə olunur.

Yağ çıxarıldıqdan sonra qalan jmıx mal-qara üçün yem kimi istifadə oluna, hidroliz edildikdə isə furfurol alına bilər.

Üzüm yağı ilə maraqlanan şəxslər qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər. Sağlam qalın!

051-531-71-28