Aqrar Inkişaf Könüllüləri və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları arasında növbəti görüş keçirildi.
21.05.2021-ci il tarixində Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Ampeloqrafiya, Seleksiya və Tinglik şöbəsi"nin müdiri Afət Hüseynovanın "Üzümçülükdə yaşıl əməliyyatların aparılma texnologiyası" və "Aqrokimya laboratoriyası"nın müdiri Elnurə Musayevanın "Gübrələr və onların verilmə qaydaları" mövzusunda birgə təlimi oldu.
Təlimçi qeyd etdi ki, aqrotexniki tədbirlər kompleksində tənəkdə yaşıl əməliyyatların aparılması əsas tədbirlərdən biridir. Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparılması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir.
Digər təlimçi isə bildirdi ki, gübrələrin verilmə vaxtın və üsulunu düzgün müəyyən etməklə bitkinin normal inkişafını nizamlamaq
mümkündür. İstər üzvü, istərsədə mineral gübrələr
tətbiq edilərkən aqrotexniki qaydalar, bitkinin bioloji
xüsusiyyətləri, torpaq-iqlim şəraiti, torpaqda olan üzvü
maddələrin miqdarı nəzərə alınmalıdır.