06.05.2021-ci ildə Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru, a.e.d., dosent Vüqar Səlimovun Modern Və Dəqiq Üzümçülüyün (Precision Viticulture) İnkişaf Texnologiyaları mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Qazax, Göygöl, Balakən, Lənkəran, Qax, Qəbələ, Quba, Şabran, Salyan, Şəmkir, Tərtər DAİM (12 DAİM) əməkdaşları üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirilmişdir.Təlim üzümçü fermerləri lazımi məsələlərlə məlumatlandırmağa və problemlərin həllinə köməyə həsr olundu. Məruzəçi ilk öncə dəqiq üzümçülüyün nə olduğu haqqında məlumat verdi. Bildirdi ki, Dünyada “dəqiq üzümçülüyün” inkişafı modeli meydana çıxdıqdan yeni üzümlüklərin salınmasında və idarəolunmasında, məqsədyönlülüyünün təmin edilməsinə yanaşmalar xeyli dəyişmişdir. Dəqiq üzümçülük üzümlüklərin səmərəliliyini artırmaq, xüsusən məhsuldarlığı və keyfiyyəti maksimal dərəcəyə çardırmaq, eyni zamanda ətraf mühitə təsiri və riskləri minimallaşdırmaq məqsədilə tətbiq edilən dəqiq təsərrüfatçılıq deməkdir. Daha sonra günümüzdə aktual məsələrdən biri olan “Üzümçülüyün ixtisaslaşmasında, üzümlüklərin salınması, becərilməsində və s. müasir yanaşmalar nədən ibarətdir?” mövzusuna toxunuldu. Üzümlüklərdə bitki sıxlığını müəyyən etmək üçün Avropa təcrübəsi mövcuddur ki, Almaniya, Rumıniya, Çexiya, Avstriya və s. ölkələrdə sənaye üzümlüklərində 1 ha-da tənəyin mini¬mum sayının 3,8 min ədəd, optimal isə 4,55 min ədəd hesab edilir. Avropada vacib bir postulat vardır: “şərabın keyfiyyəti bir hektarda olan salxımların sayından deyil, tənəkdə olan salxımların miqdarından asılıdır”. Burdan belə nəticə çıxır ki, üzümçülükdə tənəyin məhsuldarlığını normallaşdırmaq lazımdır. Qeyd edildi ki, respublikamızda da əsasən əkin sxemi 3 x 1,5 m və 2,5 x 1,5 m olan 3 məftilli şaquli şpaler üsulu geniş yayılmışdır. Üzümlüyü müxtəlif relyefə malik torpaqlarda salmaq və əkib-becərmək mümkündür. Suvarılan sahələrin mailliyi 0,02-dən 0,008o-yə qədər olmalıdır. Müasir suvarma sistemlərinin (damcıvari suvarma və s.) geniş imkanlara malik olması mürəkkəb relyeflərdə də əkilən üzümlüklərin suvarılmasına imkan verir. Təlimdə məruzəçi üzümlüklər salınarkən ərazi və torpaqdakı aşağıdakı səciyyəvi əlamətlər nəzərə alınmalısı da vurğulandı: müxtəlif torpaq tiplərində kök sisteminin yayılacağı qatın xarakteri; torpaqların fiziki-kimyəvi xassələrinə (münbitlik dərəcəsi, mexaniki tərkibi, zərərli duzların miqdarı, strukturluluğu, reaksiyası və s.) torpaq əmələ gətirən və döşəmə süxurların xarakteri; narın torpaq qatı və humus qatının qalınlığı, torpağın karbohidratlılığı, xüsusilə kalium və azotla təmin olunması dərəcəsi; relyefin xarakteri, yamacların istiqaməti, meyilliliyi və ərazinin dəniz səviyyəsindən hündürlüyü; hidroloji və hidrogeoloji şərait (çay şəbəkəsi və suvarma sisteminin sıxlığı, qrunt sularının yerləşmə səviyyəsi, minerallaşma dərəcəsi, quru qalıqda zərərli duzların miqdarı və s.), şaxtalı günlərin sayı; aktiv temperaturla müşayiət olunan günlərin sayı, fəal temperaturun cəmi; yağıntıların miqdarı; soyuq və şiddətli küləklərin olub-olmaması; işıq rejimi və s. Sahənin «sərnə» və «qurşaqlara» bölündükdən sonra əkin sxemi üzrə «ting əkini» üçün nişanlanması və əkin prosesi çəkilmiş rəngli fotoşəkillər vasitəsilə təqdim olundu.
Daha sonra yerli və xarici sortlara verilən formaların xüsusiyyətləri, Azərbaycan şəraitində tənəyə verilən müxtəlif formalar, tənəklərə sürətli üsulla yelpik və güyo forımasınn verilməsi qaydaları, Quru budama zamanı artıq zoğların kəsilməsi qaydası və
tənəyə forma verilməsi qaydalarından məlumat verildi. Fərdi təsərrüfatlarda sahibkarlarımızın ənənəvi olmayan formalarda tənəklərə yüksək forma verməklə ərazidən səmərəli istifadə etmək və yüksək məhsul əldə etməkləri fotoşəkillərlə fermerlərə təqdim olundu. Xarici üzüm sortların budanması zamanı hansı məqamlar nəzrə alınmasından danışıldə. Qeyd etdi ki, budama zamanı sort və zoğlarda gözcüllərin barlılıq xüsusiyyəti nəzərə alınmalı və iki şəkildə (saf budama, qarışıq budama) aparılmalıdır. Bar zoğlarının kəsilmə uzunluğuna görə isə tənəklər
qısa, orta və uzun budanır. Fermerlər üçün ən mühim məsələrəldən biri də xarici üzüm sortları adətən özləri ilə spesifik xəstəliklər gətirməsi problemidir ki, məruzəçi də bu haqda dəyərli məliumatlar verdi. Bunlar da yerli şərait və fermerlərimiz üçün yeni olduğundan onlara qarşı mübarizədə çətinliklər yaranır. Üzümlükləri doludan müdafiə üsulları, ilk yaz şaxtalarından zərər görmüş üzüm bağları haqqında lazımı məlumatlar verildi. Sonda məruzəçi bildirki ki, məhşur şərablarımızın istehsalını artırarıq və yeni milli brendlər istehsal etmək lazımdır ki bunun üçün də emal zavodları təmiz sortlu texniki üzümlərimizi almalı, özümüz ev şəraitində şərab hazırlayıb satmalı, və təbiətin bizə bəxş etdiyi bu nadir inciləri qoruyub, gələcək nəsillərə ötürməliyik.