Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda "İşçilərin əmək fəaliyyəti və vəzifə təlimatları " üzrə qiymətləndirmə cədvəlinin monitorinqi keçirilib.
Komissiya üzvləri tərəfindən hər bir işçinin mövzu planına uyğun təcrübə sahəsində müşahidələri və tədqiqatların aparılmasında iştirakı, müşahidə dəftərlərinin mövcudluğu, təcrübə sahəsində aqrotexniki tədbirlərin yerinə yetirilməsində iştirakı, laboratoriyada avadanlıqlarla işləmə və təchizatdan düzgün istifadə bacarığı, innovativ layihələrdə iştirak səviyyəsi, elmi nəticələrinin sosial şəbəkələrdə işıqlandırma dərəcəsi və informasiya-məsləhət xidmətləri vasitəsilə fermerlərə ötürülməsi və s. göstəriciləri araşdırılıb və qiymətləndirilib.