Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda daxili seminarların keçirilmə ənənəsi davam edir. İnstitutun “Üzümün Aqrotexnika şöbəsi”nin böyük elmi işcisi Orucova Turanə “Üzümdə vegetasiya fazaları və mövsüm üzrə aparılan aqrotexniki tədbirləri” mövzusu və “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi”nin kiçik elmi işçisi Eyyubova Leyla “Şampan şərablarının istehsal texnologiyası” mövzusunda olan təqdimatları ilə çıxış ediblər. Seminarda institutun şöbə müdirləri və elmi işçiləri iştirak edib. Seminar diskusiya şəklində keçirilib.